Rusiya prezidenti Vladimir Putin Fələstin və İsraildən müharibəyə son qoymağı tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ria.ru” məlumat yayıb. Rusiya lideri bildirib ki, iki ölkə arasında başlanan münaqişə çoxsaylı insanın ölümünə və yaralanmasına səbəb olub:
"Fələstin və İsrail arasındakı qarşıdurma, uşaqlar da olmaqla çox sayda mülki şəxsin itkisinə səbəb oldu. Hər iki tərəf də zorakı hərəkətlərə son qoymalı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan həll yolu axtarmalıdır”.