Fələstin Səhiyyə Nazirliyinin binası vuruldu


İsrailin hücumları nəticəsində Qəzza zolağında yerləşən Fələstinin Səhiyyə Nazirliyinin binasına ciddi ziyan dəyib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hücum vaxtı binada olan idarə işçilərindən 10 nəfər xəsarət alıb. Bundan başqa eyni yerdə yerləşən Ər-Rimal Sağlamlıq Mərkəzi də zərər görüb. Yaxınlıqda yerləşən binada isə 1-i uşaq olmaqla 2 nəfər yaralanıb.
Qeyd edək ki, İsraillə Fələstin arasında 10 maydan etibarən qarşıdurma başlayıb. İsrail tərəfindən edilən hücumlar nəticəsində 61-i uşaq, 36-sı qadın olmaqla 212 fələstinli həyatını itirib, 1400 nəfər yaralanıb.​​​

DİGƏR XƏBƏRLƏR

Top