
Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xarici ölkələrə 7 milyard 837 milyon 583,3 min kub metr həcmində təbii qaz satıb.
Yeniavaz.com xəbər verir ki, xaricə satılan təbii qazın ümumi dəyəri 1 milyard 131 milyon 480,3 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kub metrinin gömrük dəyəri 144 dollar olub.
Azərbaycan bu ilin ilk 4 ayında təbii qaz aşağıdakı ölkələrə satıb:
ÖLKƏLƏR | Ümumi həcmi (min kub metr) |
Ümumi dəyəri (min dollar) |
1000 kub metrin dəyəri (dollar) |
Türkiyə | 5 145 932,3 | 708 343,1 | 138 |
Gürcüstan | 1 737 972,6 | 227 406,8 | 131 |
İtaliya | 733 860,8 | 150 781,7 | 205 |
Yunanıstan | 127 818,8 | 32 774,8 | 256 |
Bolqarıstan | 91 998,9 | 12 173,9 | 132 |