60 minlik gizli ordu ortaya çıxdı – 130-dan çox ölkəyə sızdırılıb


Son on ildə ABŞ Pentaqonun müxtəlif tapşırıqlarını yerinə yetirən 60 minlik gizli ordu qurub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb. ABŞ-ın qurduğu gizli ordu şəbəkəsinin ümumilikdə 60 min hərbçini əhatə etdiyi vurğulanıb. Bu cür agentlərin həqiqi sayının daha çox ola biləcəyi istisna edilmir. Bəhs edilən casus hərbçilər 130-a yaxın ölkənin ordusuna sızdırılıb. “Newsweek”in hesablamalarına görə hər il gizli ordunun xidmətinə 900 milyon dollardan çox pul xərclənir. Gizli şəbəkənin bütün işçilərinin təxminən yarısının xüsusi təyinatlı qüvvələrinin agentləri olduğu bildirilib. Onların Pakistanda Afrikada İran, Şimali Koreya kimi ölkələrdə xüsusi missiyalar yerinə yetirdiyi iddia edilir. Gizli şəbəkə daxilində minlərlə internet təhlükəsizliyi və kəşfiyyat mütəxəssisinin olduğu vurğulanıb. Bu bölmənin üzvləri, Pentaqonun gizli missiyalarında iştirak edən bütün insanlar və təşkilatlar haqqında məlumatları gizlətmək və şəbəkənin təhlükəsizliyini təmin etməklə məşğuldurlar. Gizli ordunun xüsusilə Rusiya və Çinin agentləri ilə rəqabət apardığı deyilir.

DİGƏR XƏBƏRLƏR

Top