Yeniavaz.com xəbər verir ki, tibbi maskanın 15,9 milyon ədədi yanvar, 12,3 milyon ədədi fevral, 13,6 milyon ədədi isə mart ayında idxal olunub.
Qeyd edək ki, tibbi maska Azərbaycana əsasən Çindən idxal olunur. Bu ilin ilk 3 ayı ərzində Azərbaycana gətirilən maskanın 93%-i (38,9 milyon ədəd) Çinin payına düşüb.