Sərhəddəki son vəziyyətlə bağlı Baydenin müşaviri Paşinyana zəng edib


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyana zəng edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Tərəflər Zəngəzurda baş verən gərginliklə bağlı məsələyə toxunublar. Ceyk Sullivan məsələlərin hərbi yolla deyil, diplomatiya yolu ilə həll edilməsi üçün atılan addımları yüksək qiymətləndirdiyini bildirib.
Xatırladaq ki, mayın 12-də Zəngəzurdakı Azərbaycan-Ermənistan sərhədində gərginlik baş vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top