
“Qəzza zolağından İsrail ərazisinə təxminən 90 raket atılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələri “Twitter”də məlumat verib.
Xəbərdə deyilir ki, Qəzza zolağına düşən raketlərin sayı isə 20-dir.
Qeyd edək ki, mayın 10-dan başlayaraq İsraillə Fələstin arasında qarşıdurma başlayıb. Hər iki tərəfdən çox sayda ölən və yaralanan var.