Xəzər sahilində yenidən suiti cəsədləri tapıldı – VİDEO

Dərbənddə Xəzər dənizinin sahillərində yenidən qırmızıdərili nerplərin (əsl suitilər fəsiləsinə aid heyvan cinsi) cəsədləri tapılıb.

Bu barədə Dağıstanın Təbii Sərvətlər Nazirliyindən TASS-a məlumat verilib.
Bu, son altı ayda regionda üçüncü bənzər hadisədir.

Bundan əvvəl sosial şəbəkələrdə Dərbənddə Xəzər suitilərinin cəsədlərinin tapılması barədə kadrlar yayılmışdı.

Qeyd edək ki, Xəzər suitisi (qırmızıdərili nerp) Xəzər dənizində yeganə məməlidir. 2008-ci ildə Beynəlxalq Təbiəti Qoruma Birliyi onu “nəsli kəsilməkdə olan” heyvanlar siyahısına daxil edib. 2015-ci ildə Dağıstanda bu növün qorunması üçün proqram qəbul edilib. 2020-ci ildə Xəzər suitisi Rusiyanın Qırmızı Kitabına salınıb.

Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top