Azərbaycana xaricdən gətirilən avtomobillərin orta gömrük dəyəri AÇIQLANDI


Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən 23 min 854 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ölkəyə gətirilən avtomobilləri ümumi gömrük dəyəri 244 milyon 577 min dollar olub. Nəticədə ölkəyə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 10 min 253 dollar (17 min 430 manat) olub.
Yanvar-aprel ayları ərzində Azərbaycana 21 min 948 ədəd minik avtomobilləri, 44 ədəd avtobus, 1 820 ədəd yük avtomobili, 42 ədəd xüsusi təyinatlı avtomobil  idxal olunub.
Bundan başqa xaricdən 2 805 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 24 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top