Ötən ay Azərbaycan Türkiyəyə təbii qazın 1000 kub metrini 155 dollara satıb


Bu ilin yanvar ayında Azərbaycan Türkiyəyə 1 milyard, fevral ayında 1,1 milyard, mart ayında 2,1 milyard, aprel ayında isə 1 milyard kub metr təbii qaz satıb.
Yeniavaz.com-un Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, Azərbaycanın Türkiyəyə satdığı təbii qazın 1000 kub metrinin gömrük dəyəri yanvar ayında 87 dollar, fevral ayında 87 dollar, mart ayında 179 dollar, aprel ayında isə 155 dollar olub.
 

DİGƏR XƏBƏRLƏR

Top