
"Rusiya rəsmi Bakı və İrəvanla təmasdadır, sərhəddəki gərginliyi aradan qaldırmaq üçün işlər görülür".
Yeniavaz.com “Sputnik”ə istinadla xəbər verir ki, bu sözləri Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. O bildirib ki, əldə olunan üçtərəfli razılaşma alternativ olmadan yerinə yetirilməlidir:
"Rusiya prezidenti Vladimir Putin üçtərəfli razılaşmanın alternativsiz həyata keçirilməsinin tərəfdarıdır. Hazırda gərginliyi azaltmaq və vəziyyəti yaxşılaşdırmaq üçün işlər görülür".
Qeyd edək ki, mayın 12-də Zəngəzurdakı sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında gərginlik yaranmışdı.
Bizi telegram-da izləyin: https://t.me/yeniavaz