
Bu ilin ilk 4 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 382 mənzil satın alıblar.
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar aprel ayı ərzində Türkiyədən 131 mənzil alıblar.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin aprel ayında Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin artıb. Belə ki, 2020-ci ilin aprel ayında azərbaycanlılar Türkiyədən builkindən təxminən 4 dəfə az - 35 mənzil satın alıblar.
Onu da bildirək ki, son ildə 7 ildə Azərbaycan vətəndaçları Türkiyədn 6 min 469 mənzil alıblar:
İllər | Mənzillərin sayı |
2015 | 815 |
2016 | 610 |
2017 | 942 |
2018 | 1 250 |
2019 | 1 191 |
2020 | 1 279 |
2021 Yanvar-aprel |
382 |
Cəmi | 6 469 |