Bu ilin aprel ayında pərakəndə ticarət şəbəkələrində 2,5 milyard manatlıq, o cümlədən 1,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, aprel ayında 164,2 milyon manatlıq içkilər və tütün məmulatları, 67,6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 222 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Onu da qqeyd edək ki, bu ilin yanvar-aprel aylarında istehlak mallarının dəyər ifadəsində 27,5%-i ticarət müəssisələri, 49%-i fərdi sahibkarlar tərəfindən, 23,5%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1%, fərdi sahibkarlar üzrə 1,7% artıb, bazar və yarmarkalarda isə 15,4% azalıb.
Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 300,4 manatlıq, o cümlədən 165 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları alıb.