Baş Prokurorluqdan "Kapital Bank"ın filial müdirinin intiharı ilə bağlı açıqlama – YENİLƏNİB

Paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib.

Prokrorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib,

Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub. Zəruri prosessual hərəkətlər həyata keçirilib.

Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Mahir Sultanov ölkənin aparıcı banklarından birinin Xəzər rayon filialının müdiri vəzifəsində çalışıb.

Bizi telegram-da izləyin: https://t.me/yeniavaz
***14:12
“Kapital Bank”ın filial müdiri intihar edib.

Yeniavaz.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bankın Xəzər rayon filialının müdiri Mahir Sultanov özünü öldürüb.

O, Şüvəlan qəsəbəsində yerləşən filiala rəhbərlik edirmiş. İntiharın səbəbi hələ ki, bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top