Fələstinli qızdan ürək sızladan sözlər: "Niyə raket ataraq uşaqları öldürürsünüz?" – VİDEO


İsrail hücumu nəticəsində evləri dağılan 10 yaşlı fələstinli qızın görüntüləri sosial şəbəkələrdə gündəmə çevirilib.
Yeniavaz.com
"İHA"ya istinadla xəbər verir ki, İsrail tərəfindən evləri bombalanan 10 yaşlı Nadeen Abdul Latif adlı qız göz yaşları içində dağıdılmış evlərinin önündə dünyaya səslənib: 
"Xalqım üçün bir şey etmək istəyirəm, amma nə edə bilərəm? Mən sadəcə 10 yaşlı bir qızam. Həkim olmaq və xalqıma kömək etmək istərdim, amma sadəcə uşağam, nə edəcəyimi bilmirəm, qorxuram. Bu hadisələri hər gün görürəm və ağlayıram. Özümdən soruşuram, bizə bunları niyə edirlər? Ailəm müsəlman olduğumuz üçün bizdən nifrət etdiklərini deyir. Niyə müsəlmanlara belə davranırsınız? Ətrafıma baxıram, hər yerdə uşaqlar var. Niyə raket ataraq uşaqları öldürürsünüz? Bu heç ədalətli deyil".
Qeyd edək ki, mayın 10-dan etibarən İsraillə Fələstin arasında qarşıdurma başlayıb. Hücumlar nəticəsində hər iki tərəfdən ölən və yaralananlar var. Sadəcə bir həftə ərzində Fələstindən 50-dən çox uşaq raket hücumları nəticəsində dünyasını dəyişib. 

DİGƏR XƏBƏRLƏR

Top