Vətən müharibəsinin qəhrəman şəhidlərindən Quluzadə Kamran Pərviz oğlu Polkovnik Tehran Mənsimovla Naxçıvandan döyüşlərə gələn heyətin üzvlərindən olub.
Bu barədə Yeniavaz.com-a məlumat verən şəhidin qardaşı Nemət Quluzadə bildirib ki, döyüşlər başlayan zaman leytenant Kamran Quluzadə könüllü şəkildə cəbhəyə yollanıb:
“1998-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib və 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 2019-cu ildə həmin məktəbi bitirərək leytenant rütbəsi alıb və təyinatı üzrə Naxçıvan Muxtar Respublikasına xidmətə göndərilib. Naxçıvanda xüsusi təyinatlıların taqım komandiri vəzifəsini icra edib. Müharibə başlayarkən yoldaşlarının şəhid xəbərini eşidib və könüllü şəkildə cəbhəyə yollanıb. Polkovnik Tehran Mənsimovun rəhbərliyi ilə Naxçıvandan gələrək döyüşlərə qoşulan heyətin tərkibində o da olub. Füzuli, Hadrut, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Döyüş yoldaşlarının bildirdiyinə görə 24 saat yaralı vəziyyətdə döyüşüb. Minaatan mərmisinin düşməsi nəticəsində hər iki ayağından yara alıb və oktyabrın 21-də Xocavənd rayonunun Tuğ kəndində şəhidlik zirvəsinə ucalıb”.
N. Quluzadə şəhid leytenant Kamran Quluzadənin öz əsgərləri ilə birlikdə şən nəğmələr oxuyaraq cəbhəyə yollanmasının kadrlarını da təqdim edib:
Allah rəhmət eləsin!