Netanyahunun paylaşdığı siyahıda olan dövlətlərdən biri etiraz etdi


İsrailin baş naziri Benyamin Netanyahunun İsrail-Fələstin məsələsində ölkəsinin yanında olduğunu bildirdiyi ölkələrdən biri buna etiraz edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən ölkə Bosniya və Herseqovinadır. Həmin ölkənin dövlət şurasının üzvü Şefik Caferoviç bildirib ki, onlar məsum insanları öldürən İsraili dəstəkləmir: "İsraili ən qısa müddətdə hücumları dayandırmağa çağırırıq".
Qeyd edək ki, Netanyahu ABŞ, Albaniya, Avstraliya, Avstriya, Bosniya və Herseqovina, Braziliya, Bolqarıstan, Kanada, Kolumbiya, Cənubi Kipr, Çexiya, Gürcüstan, Almaniya, Qvatemala, Honduras, Macarıstan, İtaliya, Litva, Moldova, Hollandiya, Makedoniya, Paraqvay, Sloveniya, Ukrayna və Uruqvay kimi ölkələrin adını paylaşaraq, onların bu mübarizədə İsrailin yanında olduğunu bildirmişdi.

Bizi telegram-da izləyin: https://t.me/yeniavaz

DİGƏR XƏBƏRLƏR

Top