Ermənilər Gümrü-İrəvan yolunu bağladılar – VİDEO


Ermənistanın Araqatsotn rayonunun Arteni kəndinin sakinləri Gümrü-İrəvan magistral yolunu hər iki tərəfdən bağlayıblar. 
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Kənd sakinlərinin yolu bağlamasına səbəb əkin sahələrini suvarmaq üçün istifadə olunan suyun kəsilməsi olub. Onlar bildirib ki, problemlə bağlı gün ərzində aidiyyəti qurumlara müraciət etsələr də heç bir nəticə əldə olunmayıb:
“Dünən suvarma suyu kəsildi. Kəndin yalnız  40 faizi torpaqlarını suvara bildi. Kənd rəhbərliyinə müraciət etdik, bizə kömək edə bilməyəcəklərini dedilər. Çünki problem suvarma suyunu verən şirkətlə əlaqədardır. Onlarla əlaqə qurmağa çalışdıq, amma nəticəsiz qaldı”. 

 

DİGƏR XƏBƏRLƏR

Top