
İranın şimal-qərbində yerləşən Xorasan əyalətində 5,5 və 5,4 bal gücündə 2 dəfə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzindən məlumat verilib. Zəlzələlər yerli vaxtla 03:34 və 05:24-də qeydə alınıb. İlkin məlumatlara zəlzələ nəticəsində 3 nəfər yaralanıb, yaşayış evlərinə ziyan dəyib. Zəlzələnin yerin 16 və 10 kilometrliyində olduğu bildirilib.