İsrail HƏMAS-ın yüksək rütbəli 9 komandirinin evini bombaladı


“İsrail ordusunun döyüş təyyarələri 17 may səhər saatlarında HƏMAS hərəkatının yüksək rütbəli komandirlərinə məxsus doqquz evə hücum edib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələri  “twitter”vasitəsilə məlumat yayıb. Dağıdılan evlərdən silah-sursat anbarları kimi istifadə olunduğu vurğulanıb. 
Həmçinin bildirilib ki, 54 İsrail qırıcısı HƏMAS-ın yeraltı bazalarını məhv etmək üçün geniş bir əməliyyat başladıb. Nəticədə, 35 hərbi hədəfə və 15 kilometrlik tunelə aviazərbələr endirilib. 
Qeyd edək ki, 10 maydan etibarən Qəzza zolağında Fələstin qüvvələri ilə İsrail ordusu arasında qarşıdurma başlayıb. Hər iki tərəfə çox sayda raket atılıb. Son məlumatlara görə, İsrail tərəfdən ən az 10, Fələstin tərəfdən isə 200-dən çox insan ölüb. 

 

DİGƏR XƏBƏRLƏR

Top