Fransa XİN-dən Zəngəzurdakı gərginliklə bağlı açıqlama


Ermənistan xarici işlər naziri Ara Ayvazyan fransalı həmkarı Jan-İv Le Drian ilə Zəngəzur bölgəsində yaranan gərginliyi müzakirə edib.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, müzakirə zamanı tərəflər sərhəddəki gərginliyi azaltmaq üçün atılan addımlardan danışıblar.
Fransa və Ermənistanın XİN başçıları problemlərin ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayıblar. 
Xatırladaq ki, Zəngəzurda mayın 12-də Azərbaycan və Ermənistan sərhədlərin müəyyənləşdirilməsi zamanı gərginlik baş vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top