İsraildə sinaqoqun tribunasının çökməsi zamanı yaralıların sayı 200-ü keçib, ölənlər var – YENİLƏNİB


İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində 219 nəfər xəsarət alıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 15-i ağır vəziyyətdədir. Digər zərərçəkənlərin vəziyyəti normaldır.

Daha əvvəl bildirilirdi ki, hadisə zamanı 167 nəfər yüngül xəsarət alıb, habelə 2 nəfər həlak olub.


***16 may, saat 23:02

İsrailin Qivat-Zeev qəsəbəsində sinaqoqun tribunası çöküb və çox sayda adam xəsarət alıb.

Yeniavaz.com xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

60-dan çox şəxsə tibbi yardım göstərilib, onlardan 10-nun vəziyyəti ağırdır.

DİGƏR XƏBƏRLƏR

Top