Evdə tək yaşayan qadın qətlə yetirildi


Ağstafa rayonunda evdən meyit aşkarlanıb.

Hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Kənd sakini 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızının meyiti qonşular tərəfindən yaşadığı evdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Qadının meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb.

Onun tək yaşadığı bildirilib. İlkin məlumata görə, 62 yaşlı qadın öldürülüb. Ç.Hüseynovanın naməlum şəraitdə boğularaq qətlə yetirildiyi açıqlanıb.

Kənd sakinlərinin sözlərinə görə, qadın 32 ildir ailəli olsa da, övladı olmayıb. Hazırda cinayəti törədən şəxsin və şəxslərin axtarışları istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

Ç.Hüseynova qətlə yetiriləndən sonra evindən qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.//apa

DİGƏR XƏBƏRLƏR

Top