“Mübariz Mənsimovu öldürtsəydin hər şey bitəcəkdi elə deyilmi, amma ölmədi?!” – Türkiyəli mafiya başçısı


Türkiyəli mafiya başçısı Sedat Peker azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun başçısı Mübariz Mənsimovla bağlı növbəti qalmaqallı açıqlama yayıb.
Yeniavaz.com
xəbər verir ki, Peker “youtube” vasitəsilə yaydığı videoda bildirib ki, Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağarın təşkilatçılığı ilə Mübariz Mənsimovun bütün mülkü talan edilib:
“Mübariz Mənsimovu öldürtsəydin hər şey bitəcəkdi elə deyilmi, amma ölmədi?! Mübariz həbsə girəndə mən ona məktub yazdım. Hər kəs mənə dedi ki, yazma ancaq, mən yazdım. Ona dedim ki, sənə sözüm olsun, bəlkə səni azadlığa çıxaracaq gücüm yoxdur ancaq, Allaha and olsun dünyada hər kəsə bildirəcəyəm ki, sənin mülklərini əlindən aldılar. Onun azadlığa çıxacağını da bilmirdim. Adamın hər şeyini əlindən aldılar. Hər kəs onun tərəfini saxlamaqdan qorxur”.
Xatırladaq ki, Sedat Peker “youtube” vasitəsilə bir müddətdir videogörüntülər yayımlayır. Həmin görüntülərdə Mübariz Mənsimovun həbs edilməsindən, mal-mülkünün necə əlindən alınmasından və ona qarşı hazırlanan sui-qəsddən həmçinin, Türkiyədə baş vermiş bir çox gizli qalmış hadisələrdən danışır. Videolar milyonlarla insanlar tərəfindən izlənilir.

 

DİGƏR XƏBƏRLƏR

Top