Lənkərandakı zəncirvari qəzada xəsarət alanların kimliyi bilindi - FOTOLAR - YENİLƏNİB

Lənkəranda 3 avtomobilin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Lənkəranın "Ləvəngi dairəsi" adlanan ərazisində 3 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. 1996-cı il təvəllüdlü Fərahim Rza oğlu Nəhmətovun idarə etdiyi “VAZ 2107” markalı avtomobilidarəetmədən çıxaraq iki avtomobillə toqquşub. Nəticədə sürücü və daha 5 nəfər -Elnur Mirqədəm oğlu Sadıqzadə (1996-cı il təvəllüdlü),Röyal Ədalət oğlu Sadıqov (1987-ci il təvəllüdlü),Arzuman Möhübbət oğlu Sovqatov (1980-ci il təvəllüdlü),Səmədağa Heybət oğlu Hümmətov (1962-ci il təvəllüdlü) və Kürsüm Canəli qızı Kərimova (1962-ci il təvəllüdlü) xəsarət alıb. (apa)

***17:55
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobil toqquşub. Zərbənin təsirindən hərəkət istiqamətini dəyişən "VAZ"lardan biri əks istiqamətdə hərəkətdə olan "Mercedes" markalı mikroavtobusla toqquşub. Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digərlərinin orta ağırdır.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri mikroavtobusda sıxışaraq köməksiz vəziyyətdə qalan sərnişinləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top