"Xalqın Xidmətçisi" - Dəmir Yumruq kitabı təqdim olunub - FOTO


Bu gün Mingəçevir Heydər Əliyev Mərkəzində Media nümayəndələrinə, özünü xalqın xidmətçisi adlandırılan, Ali Baş Komandan prezident İlham Əliyevə həsr olunmuş Emil Xanlarovun "Xalqın Xidmətçisi" - Dəmir Yumruq kitabı təqdim olunub.
Yeniavaz.com xəbər verir ki, kitabda Vətən Müharibəsi və Dəmir Yumruq əməliyyatı haqqında geniş məlumat verilib.
Kitabda Gəncə və Bərdəninin bombalanması və digər həssas məqamlara yer verilib. Tovuz şəhidlərimiz, eləcə də şəhid Xudayar Yusifzadə haqqında geniş məqalələr, şeirlər dərc olunub.
Emil Xanlarov müəllifi olduğu bir çox vətənpərvərlik mövzusunda şeirləri, eləcə də Ağdam, Kəlbəcər, Şuşa haqqında olan şeirləri zövq oxşayır.
Xatırlatmaq istərdik ki, kitab Emil Xanlarovun öz şəxsi vəsaiti hesabına başa gəlib. Prezident və vitse-prezident İctimai Dəstək layihə rəhbəri Anar Ağayevin təşkilatçılığı ilə bir çox millət vəkilinin iştirakı ilə Bakı şəhərində kitabın təqdimat keçirilib.
Qeyd edək ki, gənc fəalın ikinci - "Xalqın Xidmətçisi - Böyük Qayıdış" adlı kitabının davamı yazılmaqdadır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top