Bakı hava limanı ərazisində itlərin güllələnməsi ilə bağlı AÇIQLAMA


Ötən gündən sosial şəbəkələrdə Bakı hava limanı ərazisində itlərin güllələndiyini əks etdirən görüntülər paylaşılır. Videoda silahlı şəxs və ərazidə olan maşının dövlət qeydiyyatı nömrəsi - 90-JS-693 də 
aydın görünür.

Yeniavaz.com xəbər verir ki, hadisə ilə bağlı Bakı hava limanı da məlumat yayıb. Bildirilib ki, aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparır: "Araşdırmanın nəticələrinə  əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək".

DİGƏR XƏBƏRLƏR

Top