Azarkeş “Qalatasaray”ın oyununu izləyərkən infarkt keçirib dünyasını dəyişdi


Türkiyə Super Liqasının son turunda keçirilən “Qalatasaray” – “Yeni Malatyaspor” matçı zamanı azarkeşlərdən biri dünyasını dəyişib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bəhs edilən oyunu televiziyadan izləyən 35 yaşlı Muharrem Günay infarkt keçirib. Yaxınları tərəfindən təcili xəstəxanaya aparılsa da azarkeşin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, “Qalatasaray” – “Yeni Malatyaspor” qarşılaşmasında “Qalatasaray” 3:1 hesabı ilə qələbə qazansa da, Türkiyə çempionu “Beşiktaş” olub.
 

DİGƏR XƏBƏRLƏR

Top