FHN-dən qəza-xilasetmə ilə bağlı açıqlama - VİDEO


Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış, iki halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla iki nəfər xilas edilib, həmçinin Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalması ilə əlaqədar ərazidə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və daş parçası götürülərək təhlükə aradan qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top