Rusiyada deputat və oğlu qətlə görə həbs edildi


Rusiya Dövlət Dumasının Sverdlovsk əyalətindən deputatı Gennadi Vinoqradov və oğlu qətl cinayəti ilə bağlı həbs ediliblər.
Bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, qətl hadisəsi 2003-cü ildə törədilib.
Qeyd edilir ki, 20 sentyabr 2003-cü ildə Sverdlovsk əyalətinin Artemovsk şəhərində vətəndaş B.V.-nın qətlə yetirlməsi faktı üzrə Rusiya Federasiyasının İstintaq Komitəsinin Dördüncü İstintaq idarəsi ilə Sverdlovsk əyalətinin və Qırmızı Qvardiya qəsəbəsinin Artemovsk rayonunda keçirilmiş istintaq hərəkətlərinin nəticəsində cinayət işinin yeni təfərrüatları ortaya çıxıb. Sverdlovsk əyalətinin Dumaya deputat seçilmiş Gennadi Vinoqradovun və onun 40 yaşlı oğlu Romanın cinayətin törədilməsinə iştirakı müəyyənləşdirilib.(report)

DİGƏR XƏBƏRLƏR

Top