Türkiyə yığmasının Şimali İrlandiya ilə oyunu ləğv edildi


Türkiyə yığması ilə Şimali İrlandiya milli komandaları arasında mayın 31-də keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü ləğv edilib.

Yeniavaz.com xəbər verir ki, buna səbəb britaniyalıların qarşılaşmadan imtina etməsidir. 
Onlar səbəb kimi pandemiya ilə əlaqədar olaraq Türkyənin "qırmızı zona" siyahısına salınmasını göstəriblər.
Qeyd edək ki, Çempionlar Liqasının finalının da İstanbuldan alınaraq Portuqaliyada keçirilməsinə qərar verilib.
Xatırladaq ki, Türkiyə milli yığması mayın 27-də Alanyada Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top