Azərbaycanda sürücü 205-lə radara düşdü - Protokolla razılaşmır


Ağsu-Ağdaş yolunda sürət həddini aşmayan sürücü yüksək məbləğdə cərimələnib.
Yeniavaz.com avtosfer.az-a istinadən xəbər verir ki, sürücünün iddiasına görə, 90-GO-656 qeydiyyat nişanlı, "Kia Sportage" markalı avtomobillə mayın 14-ü Ağsu-Ağdaş yolunda müəyyən edilmiş sürətlə (90 km/saat sürətlə) hərəkət edərkən, yolda quraşdırılmış radar onun barəsində nə az, nə çox, düz 250 manat miqdarında cərimə tətbiq edib. Yəni, protokolda qeyd olunub ki, sürücü həmin vaxt 205 km/saat sürətlə hərəkət edib. 

Yazılmış protokolun əsassız olduğunu hesab edən sürücü bildirir ki, elektron kabinetə yerləşdirilmiş videogörüntüdən də aydın şəkildə görünür ki, hərəkət sürətim kifayət qədər aşağıdır. 

DİGƏR XƏBƏRLƏR

Top