Sosial şəbəkələrdə şəkli yayılan 5 yaşlı qızla anasının YENİ FOTOSU


Ötən gün sosial şəbəkələrdə şəkli yayılan 5 yaşlı qızla anasının yeni fotosu yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nuran Məmmədov adlı sosial şəbəkə istifadəçisi paylaşım edib.
O bildirib ki, ötən gün paylaşdığı fotodan sonra bir çox insan ailəyə kömək edib: "Dünən şəkilini paylaşdığım xanım və övladı artıq etibarlı əllərdədir. Yardımlarla bağlı hər şey bir nöqtədə toplanacaq. Bu məsulliyəti öz üzərinə götürən Kəmalə Ağazadəyə sonsuz təşəkkürlər. Bununla birbaşa Kəmalə xanım məşğul olacaq. Yaxın günlərdə xanımın şəxsi kart hesabı açılacaq, kim yardım etmək istəsə aşağıda qeyd edeceyim nömrə ilə əlaqə saxlaya bilər. Dünən və bu gün bizə göndərilən pullar son qəpiyinə kimi uşağın və xanımın gözəl bir bayram günü keçirmələrinə xərclənəcək. Bununla bağlı gün sonunda ayrıca bir post paylaşacam. Bu mövzuda həssas davranan, yardım edən və etmək istəyən hər kəsə öz minnətdarlığımı bildirirəm. Dünəndən indiyənə kimi bütün insanları, bir araya toplayan və bu dəqiqədə bu ailə ilə yaxınan maraqlanıb, dəstək olub, yanımda olduğu üçün Rövşən Nəzirli Çox təşəkkür edirəm! Əlaqə nömrəsi: +994 55 526 08 88".

DİGƏR XƏBƏRLƏR

Top