Prezident ailəsi ilə Qəbələyə səfər edib - YENİLƏNİB

Mayın 15-də Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

***12:16

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.


***12:08

Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verilib.

***12:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gəliblər.

Dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

DİGƏR XƏBƏRLƏR

Top