Paşinyan Putindən kömək istəyib? – Peskovdan AÇIQLAMA


Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar Moskvadan yardım istəməyib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlətinin başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, Paşinyan kömək istəmədi. Əlbəttə ki, erməni tərəfi sərhəddəki vəziyyətdən son dərəcə narahat olduğunu dilə gətirdi. Prezident Putin də bu narahatlığa şərik oldu. Və Prezident Putin üçtərəfli razılaşmaların bütün müddəalarının yerinə yetirilməsinin vacibliyini vurğuladı” – deyə, Peskov əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top