Ermənistan və Rusiya Təhlükəsizlik Şuralarının katibləri Sünikdəki vəziyyəti müzakirə ediblər


Ermənistan və Rusiya Təhlükəsizlik Şuralarının katibləri Armen Qriqoryan və Nikolay Patruşev Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyəti müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, Qriqoryan bu barədə özünün “facebook” səhifəsində məlumat verib.
O bildirib ki, Nikolay Patruşevlə problemin mümkün həll yollarını müzakirə ediblər:
“Ermənistanın bunu Azərbaycanın suveren ərazimizə təcavüzü kimi qəbul etdiyini, bunun qəbuledilməz olduğunu vurğuladım. Bu səbəbdən də Azərbaycan silahlı birləşmələri bu ərazilərdən ayrılmalı və əvvəlki mövqelərinə qayıtmalıdırlar".
O, Patruşevə sözügedən ərazilərin Ermənistana aid olduğunu təsdiqləyən Sovet dövrünün xəritələrinin olduğunu deyib:
"Nikolay Patruşev bu məsələdə erməni tərəfinin təmkinini yüksək qiymətləndirdi və problemin həlli üçün bütün mümkün diplomatik səylərdən istifadə edilməsinin lazım olduğunu vurğuladı. O əlavə etdi ki, Rusiya tərəfi problemi ən qısa zamanda həll etmək üçün bütün səviyyələrdə intensiv işləyir".

DİGƏR XƏBƏRLƏR

Top