Xalq artisti Şuşaya çatan kimi torpağı öpdü - FOTOLAR


Xalq artisti Firəngiz Mütəllimova uzun illərdən sonra işğaldan azad edilən Şuşa şəhərində olub. 

Yeniavaz.com xəbər verir ki, aktrisa Şuşaya ayaq basarkən torpağı öpüb.
O keçirdiyi hissləri "İnstagram" hesabında paylaşıb: "Şuşam, sənə qovuşmaq Ramazan bayramı günü mənə qismət oldu. Torpağına qurban olum, canım Şuşam".
Qeyd edək ki, Firəngiz Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən şuşalıdır.


DİGƏR XƏBƏRLƏR

Top