Azərbaycanda itkin düşən tələbə tapıldı – YENİLƏNİB

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin itkin düşən III kurs tələbəsi Hüseynov İlkin Saleh oğlu tapılıb.

Yeniavaz.com xəbər verir ki, o, özü paylaşım edib.

İ.Hüseynov paylaşımında artıq evdə olduğunu bildirib: "Keçən bu çətin 7 gün içində məni axtaran və bu mövzuda ailəmin yanında olan hər kəsə təşəkkür edirəm. Hər şeyin bundan da yaxşı olması diləyi ilə".

Atasının bildirdiyinə oğlu bu müddət ərzində Bakıda olub: "Şükür indi hər şey yaxşıdı və səhhəti də normaldır".


***15 may, saat 17:40
İtkin düşən tələbə İlkin Hüseynovun axtarış tədbirləri davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Nizam Həmidov məlumat verib.
O qeyd edib ki, itkin düşən tələbədən hələlik heç bir məlumat yoxdur: "Şabran rayon sakini 20 yaşlı İlkin Hüseynovun itkin düşməsi ilə bağlı Şabran rayon Polis Şöbəsinə məlumat daxil olub. Bununla əlaqədar axtarışlara başlanıb. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir". 


***17:40
Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi Hüseynov İlkin itkin düşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.
Məlumata görə, 20 yaşlı İlkin mayın 11-i günorta saatlarında Bakıdan yaşadığı Şabran rayonunda gedərkən yolda ailəsi ilə əlaqə saxlayıb. O, 20 dəqiqəyə evə çatacağını bildirsə də, qısa müddət sonra İlkinə zəng çatmayıb.
Onu görənlərdən 050-479-11-08 (Atası Saleh Hüseynov) nömrəsi ilə əlaqə saxlaması xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top