Mübariz Mənsimovu öldürtmək istədiyi iddia edilən Mehmet Ağar Sedat Pekerə cavab verdi – “Ürəyi olan…”


Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar haqqında danışılan iddialara cavab verib.
Yeniavaz.com
xəbər verir ki, Ağar “Sözcü TV” vasitəsilə yayımlanan verilişdə türkiyəli mafiya başçısı Sedat Pekerə cavab verib. O bildirib ki, Sedat Pekerin onun barəsində dediyi sözlər yalandır, bununla bağlı tədbir görəcək:
“25 ildir dövlət işlərindən uzağam. Bir çox vəzifələr təklif edildi, qəbul etmədim. Ancaq Azərbaycanla Türkiyə arasında olan qardaşlığın daha da artması üçün limanın (Mübariz Mənsimovun qurduğu gəmi limanı) idarə heyətinin sədri vəzifəsini qəbul etdim. Mübariz Mənsimovla bağlı da danışmaq istəmirəm. Çünki, keçmişdə duz-çörək kəsmişik, indi həbs həyatı yaşayır, cavab verə bilməyən biri haqqında danışmağım doğru olmaz. Cəzası bitəndən sonra onunla bağlı danışarıq. Sedat Pekerə gəldikdə isə, vəkilim vasitəsilə lazım olan şikayətləri edəcəyəm. Ürəyi olan gələr, cavab verər. Allahdan, dövlətdən qorxuram, başqa heç kəsdən qorxmuram”.  
Qeyd edək ki, Sedat Peker Mehmet Ağarın azərbaycanlı iş adamı Mübariz Mənsimovu öldürtmək istədiyini, daha sonra həbs etdirib milyardlıq mülkünü əlindən aldığını iddia etmişdi.
Xatırladaq ki, Türkiyədə həbs edilən iş adamı Mübariz Mənsimov bu il mart ayının 5-də məhkəmənin qərarı ilə ev həbsinə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top