Prokurorluq Yasamaldakı intiharla bağlı araşdırma aparır - FOTO + YENİLƏNİB


Paytaxtın Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.
Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib.
Hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır.


***10:06
Bakı şəhərində intihar hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Əhmədov Vəfail Mirməhərrəm oğlu yaşadığı binanın 17-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top