
Fransa prezidenti Emmanuel Makron, Sünik bölgəsindəki vəziyyətdə ölkəsinin Ermənistanla həmrəy olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə özünün “twitter” səhifəsində yazıb.
"Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazilərinə təcavüz edib. Dərhal geri çəkilməlidirlər. Yenidən erməni xalqına müraciət edirəm: Fransa sizinlə həmrəydir və bu, belə davam edəcək" - deyə, Fransa dövlət başçısı qeyd edib.