Ermənistan Təhlükəsizlik Şurası təcili toplandı - KTMT-yə müraciət edilir


Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib.
Yeniavaz.com “nevs.am” saytına istinadən bildirir ki, Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhədində yerləşən Qaragöl  gölü ətrafında yaranan vəziyyət müzakirə olunub.
Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan iddia edib ki, Azərbaycan əsgərləri sərhəd xəttini keçərək ölkənin içərilərinə doğru bir neçə kilometr irəliləyib.
Ermənistan mətbuatı yazır ki, Təhlükəsizlik Şurası yaranmış vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəsmi şəkildə müraciət edəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top