Bəzi ölkələrdə "Tvitter" sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunub.
Bu barədə məlumatı məşhur internet resurslarını izləyən “Downdetector” xidməti məlumat yayıb.
Nasazlıqlardan ən çox ABŞ, Kanada, Böyük Britaniya və Yaponiyadan olan istifadəçilər şikayət edirlər.
Saytın işində və mobil tətbiqin işləməsində problem mövcuddur.