Heyvan otarmaq üçün işğaldan azad edilmiş əraziyə keçmək istəyənlər saxlanıldı


Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 13-də səhər saat 6 radələrində polis əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı xırdabuynuzlu heyvanları otarmaq məqsədi ilə Hacıməmmədli kəndi ərazisindən Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanılıb.
Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

DİGƏR XƏBƏRLƏR

Top