Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub - FOTO


Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə apa-ya müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

O, atasının bu gün İstanbulda əməliyyat olunduğunu deyib: “Beş saata yaxın davam edən əməliyyat uğurla yekunlaşıb. Hazırda atam narkozdan ayılıb və səhhəti yaxşıdır”.

Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkir.

DİGƏR XƏBƏRLƏR

Top