Ötən gün Rusiyanın Kazan şəhərində yerləşən 175 saylı orta məktəbdə baş verən terror aktının təfərrüatı məlum olub.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, məktəbdə dərsdə olan şagirdlər əvvəlcə partlayış səsləri eşidiblər, lakin bunun küçədə hər hansı bir şeyin partlaması kimi başa düşüblər. Məktəbin girişindəki mühafizəçi cinayətkarın gözündən yayınaraq gizlənməyi bacarıb. 19 yaşlı İlnaz Qalyaviyevin hədəfinə tuş gələn ilk şəxs isə küçəyə nə baş verdiyini öyrənmək üçün çıxan məktəbin əməkdaşı Mullanur Mustafin olub. İ.Qalyaviyev birinci mərtəbəyə daxil olub və atəş açmağa başlayıb. Bu zaman təhsil müəssisəsinin rəhbəri mikrofon vasitəsilə müəllimlərə xəbərdarlıq edib və sinif otaqlarının qapısını bağlamalarını istəyib. Qalyaviyevin ikinci qurbanı isə ibtidai sinif müəllimi Venera Aizatova olub. Ağır yaralanan müəllim məktəbdən çıxmağı bacarıb. Xəbərdarlıqdan sonra bütün sinif otaqları bağlı olub, yalnız 8 A sinfindən başqa. Təcavüzkar otağa daxil olaraq atəş açmağa başlayıb. Bu zaman ingilis dili müəllimi Elvira İqnatieva ağır yaralanaraq, dünyasını dəyişib.
Məlumata görə təcili yardım xidmətinə ilk zəng saat 09:18 daxil olub. Zəng edən şəxs 175 saylı məktəbdə atəş səslərinin eşidildiyini bildirib. Eyni vaxtda, başqa bir nəfər eyni yerə zəng vurub və "atəş açırlar, partladırlar" sözlərini deyib. Bildirilir ki, 10 dəqiqə ərzində 16 nəfər tərəfindən polis xidmətinə zəng olunub və hər biri atışma, partlayış çox sayda qurbanların olduğunu bildirib. Ard-arda zənglər isə 20 dəqiqə davam edib. Bu müddət ərzində isə Qalyaviyev 9 nəfəri öldürüb, 10 nəfəri yaralamışdı. Bir qrup jurnalistlərin iddalarına görə bir neçə nəfər cinayətkarın əlində silahla məktəbə getdiyini görsə də, polisə məlumat verməyib. Daha sonra cinayətkar məktəbi tərk edib və polisə təslim olub.
İ.Qalyaviyev ifadəsində hadisəni törətmə səbəbini belə izah edib: “Yayda içimdə bir “canavar” oyanmağa və hamıya nifrət etməyə başladım. Nifrətim get-gedə daha da böyüdü”.
Xatırladaq ki, sözügedən şəxsin məktəbə hücumu nəticəsində 13 nəfər dünyasını dəyişib, 20 nəfər yaralanıb. Hadisədən sonra Tatarıstanda 12 May matəm günü elan edilib. Rusiya Prezidenti Vladimir Putin vəfat etmiş uşaqların valideynlərinə başsağlığı verib və yaralıların tezliklə sağalması üçün şəfa diləyib.