Ermənistan MN: "Zəngəzurda döyüşün başladığı barədə məlumatı yayanlar cəzalandırılacaq"


"Səhər saatlarından etibarən mediada və sosial şəbəkələrdə Azərbaycanla Ermənistan arasında Zəngəzur bölgəsində döyüşün başladığına dair iddialar yayılıb, bu xəbəri yayanlar cəzalandırılacaq".
Yeniavaz.com
"Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, bu cür dezinformasiyaların yayılmasının hüquqi nəticələri olacaq:
"Bu cür məlumatların yayılması nəticəsində əhali arasında yaranan narahatlığı nəzərə alaraq, Ermənistan Təhlükəsizlik Xidməti dezinformasiya, çaxnaşma və lazımsız gərginliyə səbəb olacaq məlumatları yaymaqdan çəkinməyə çağırır. Belə davranışların ən ağır hüquqi nəticələri olacaq".

DİGƏR XƏBƏRLƏR

Top