Həkimlər koronavirus infeksiyasının ağır formalarının beyinə mənfi təsir etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, “JAMA Network Open” jurnalında çıxan elmi məqaləyə görə, koronavirusa ağır şəkildə yoluxmuş 3 mindən çox xəstənin beyin fəaliyyətləri izlənilib. Yeni növ koronavirusun onların 50 faizində sinir sisteminin işində yüngül və ya ağır pozuntulara səbəb olduğunu aşkar ediblər.
Məqalədə həmçinin qeyd olunur ki, COVID-19-un ən ağır formalarını keçirən insanların yalnız ağciyər hüceyrələri zədələnmir. Eyni zamanda bədənin digər toxumalarında, o cümlədən burunun selikli qişasında, yemək borusunda, qan damarlarında yaşayan bəzi orqanlara da nüfuz edə bilər. Nəticədə ürəyin fəaliyyətində də problemlər ola bilir.