Gorus bələdiyyə sədrinin müavini: "Azərbaycan Ordusu Zəngəzur istiqamətində 3 km irəlilədi"


Gorus bələdiyyə sədrinin müavini İrina Yolyan Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan dövlət sərhədini keçərək 3 kilometr irəlilədiyini iddia edib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, Zəngəzur Qubernatorunun müavini Karo Avanesyan isə bu məlumatı təkzib edib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Qaragöl istiqamətində sərhədin delimitasiyası (qonşu dövlətlər arasında dövlət sərhədinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsi) ilə məşğuldur və bu prosesdə Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edir. O Zəngəzur Qubernatoru Melikset Poqosyanın da hazırda həmin ərazidə olduğunu deyib.

DİGƏR XƏBƏRLƏR

Top