Sumqayıtda ağacların kəsilməyi təbiətə 2700 manat ziyan vurub - FOTO - YENİLƏNİB


Sumqayıt şəhəri, 30-cu məhəllə 4/6 saylı binanın yaxınlığında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev Yeniavaz.com-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə Ağanasib Kamilov tərəfindən 2 ağacın kəsildiyi və təbiətə 2700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Onun sözlərinə görə, faktla bağlı akt tərtib olunub: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Sumqayıt şəhər prokurorluğuna göndəriləcək. Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib".


***11:16

Sumqayıt şəhərində gecə saatlarında ağaclar kəsilərək məhv edilib.

Yeniavaz.com xəbər verir ki, hadisə Sülh küçəsində, 30-cu məhəllə ərazisində baş verib. Elektrik mişarı vasitəsilə yaş köküstə, bioloji inkişafda olan 50 illik şam və küknar ağacları doğranaraq məhv edilib. 
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Xeberle.com-a bildirilib ki, baş verən hadisədən xəbərdardırlar: “Hadisə yerinə baxış keçirilib, araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top